
Müraciət proseduru
Alman viza müraciətinizi necə təqdim etmək olar
Viza müraciətinizi TLScontact viza müraciət mərkəzində necə təqdim edəcəyinizi öyrənmək üçün aşağıdakı fərqli addımları oxuyun.
2
TLScontact hesabınızı yaradın
Şəxsi istifadəçi hesabınızı yaratmaq üçün e-poçt ünvanınızı və şifrənizi daxil edin. Sonra, sizə göndərilən e-poçtdakı linkə klikləyərək hesabınızı aktivləşdirməlisiniz.
3
Məlumatlarınızı daxil edin
Hesabınıza daxil olun və tələb olunan şəxsi məlumatları doldurun. Əgər bir neçə nəfərdən ibarət qrup şəklində viza müraciəti edirsinizsə, sizinlə birlikdə olanların məlumatlarını da daxil edin. Bitirdikdən sonra qrupu təsdiq edin.
4
Görüş təyin edin
5
VIDEX formasını tamamlayın
VIDEX formasını (yalnız İngilis və ya Alman dilində) onlayn olaraq VIDEX vebsaytı vasitəsilə doldurun və çap edin. Formu böyük hərflərlə doldurmalı və şəxsi imzanızı qara mürəkkəb ilə atmalısınız.
6
Faylınızı təqdim edin
Zəhmət olmasa, təyin olunmuş görüş vaxtınıza və görüş təsdiq məktubunuzla birlikdə vaxtında gəlin.
Nəzərə alın ki, 12 yaş və yuxarı olan bütün ərizəçilər şəxsən TLScontact mərkəzinə gəlib biometrik məlumatların verilməsi və ərizənin təqdim olunması üçün iştirak etməlidirlər.
Əgər siz biometrik məlumatların təqdim edilməsindən azadsınızsa, mərkəzimizə şəxsən gəlməyə ehtiyac yoxdur: Sizin yerinizə səlahiyyətli nümayəndə ərizəni təqdim edə bilər.
Bu şəxs etibarnamə məktubunu imzalanmış şəkildə, şəxsiyyət vəsiqəsinin əsli və surəti ilə təqdim etməlidir. Nümayəndə azyaşlı ola bilməz.
Sizin ərizəniz və ona əlavə edilmiş sənədlər Almaniya konsulluğunun tələblərinə uyğunluq baxımından yoxlanılacaq və biometrik məlumatlarınız qeydiyyata alınacaq.
Bu mərhələlər başa çatdıqdan sonra viza ərizəniz emal üçün Almaniya konsulluq orqanına göndəriləcək. Diqqətinizə çatdırırıq ki, TLScontact viza qərarının qəbulunda iştirak etmir.
Almaniya konsulluq orqanı əlavə məlumat və ya əlavə sənədlər tələb edə bilər. Bu halda sizə e-poçt və ya telefon vasitəsilə ətraflı təlimatlarla əlaqə saxlanılacaq.
Ərizənizin gedişatını şəxsi hesabınıza daxil olaraq istənilən vaxt izləyə bilərsiniz.
7
Pasportunuzu alın
Almaniya konsulluq orqanı pasportunuzu viza müraciət mərkəzimizə qaytardıqdan sonra sizə məlumat veriləcək. Bundan sonra pasportunuzu mərkəzimizdən götürə bilərsiniz. Aşağıdakı seçimlərdən birini seçə bilərsiniz:
1. Pasportunuzu şəxsən götürməkSizdən aşağıdakı sənədlər tələb olunacaq:
- Ərizə yoxlama siyahısı (checklist);
- Şəxsiyyətinizi təsdiq edən orijinal fotoşəkilli sənəd;
- Fotoşəkilli şəxsiyyət vəsiqənizin surəti.
2. Pasportunuzu nümayəndə vasitəsilə götürməkNümayəndə aşağıdakı sənədləri təqdim etməlidir:
- Sizin ərizə yoxlama siyahınız;
- Sizin fotoşəkilli şəxsiyyət vəsiqənizin surəti;
- Nümayəndənin fotoşəkilli şəxsiyyət vəsiqəsinin əsli;
- Nümayəndənin fotoşəkilli şəxsiyyət vəsiqəsinin surəti;
- Sizin tərəfinizdən imzalanmış və nümayəndənin məlumatlarını aydın şəkildə göstərən səla etibarnamə.
3. Pasportunuzun seçdiyiniz ünvana göndərilməsiƏgər siz “Express Courier Return” (Ekspres kuryer qaytarma) xidmətini seçmisinizsə, pasportunuz viza müraciəti zamanı göstərdiyiniz ünvana göndəriləcək.